Texasın Dir-Park şəhərindəki "Pemex" neft emalı zavodunda kimyəvi maddələrin sızması nəticəsində ölənlər və xəsarət alanlar var.
King.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müəssisədən xəbər verilib.
Qeyd olunur ki, sızma zavod işçilərindən birinin hidrogen-sulfid tərkibli xətti açması nəticəsində baş verib.
Onun özü hadisə yerində həlak olub. Ümumilikdə qəza nəticəsində azı iki nəfər həlak olub və daha beş nəfər yaralanıb.
Müəssisədə təcili yardım briqadaları növbə çəkir.
Dir-Park və Pasadena rəhbərliyi fövqəladə vəziyyət rejimi tətbiq edib, sakinləri bütün pəncərə və qapıları bağlayaraq evdə qalmağa çağırıb.

Oxşar Mövzular
"Arsenal" tarixi rekorda imza atdı
22-12-2024, 13:40Azərbaycan millisinin futbolçusu əməliyyat olunub
19-09-2025, 00:04Umar Keyn - I’m lonely (JamBeats Remix)
30-12-2024, 23:56