0
Bazar ertəsi
Dek 01

Avstraliyada kişi şəxsi məlumatları oğurlamaq üçün saxta "Wi-Fi" yaradıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Avstraliyada 44 yaşlı kişi saxta "Wi-Fi" şəbəkələri vasitəsilə şəxsi məlumatların oğurluğuna görə 7 il 4 ay həbs cəzasına məhkum edilib.

King.Az Ithome.com-a istinadən xəbər verir ki, o, hava limanlarında və daxili uçuşlar zamanı fəaliyyət göstərib.

Kişi hava limanlarındakı rəsmi pulsuz şəbəkələrə bənzər adlar daşıyan "Wi-Fi" şəbəkələri yaratmaq üçün portativ cihazdan istifadə edib. İnsanlar şəbəkələrə qoşulanda saxta giriş səhifəsinə yönləndiriliblər. Bu zaman cinayətkar onların sosial şəbəkələrə giriş üçün istifadəçi adı və şifrələrini əldə edirdi.

Kişi akkuntlara giriş əldə etdikdən sonra diqqətini əsasən qadınlara yönəldib, onların yazışmalarını oxuyub, şəxsi foto və videolarını oğurlayıb. Polis onun kompüterində minlərlə fayl və başqalarının hesablarına daxil olmaq üçün məlumatlar aşkarlayıb.

Axtarışdan sonra kişi sübutları yox etməyə cəhd göstərib, 1 700-dən çox faylı silib və telefonundakı məlumatları silməyə çalışıb, lakin buna nail ola bilməyib.

O, bir neçə maddə üzrə özünü təqsirli bildiyini etiraf edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.