1
Cümə axşamı
Mar 06

"YouTube" qaydaları sərtləşdirir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"YouTube videoservisi daha öz platformasında istifadəçiləri təsdiqlənməmiş qumar oyunları, idman yarışlarına pul qoyuluşları və buna bənzər saytlara yönəldən kontentin yerləşdirilməsinə icazə verməyəcək.

King.Az xəbər verir ki, bu barədə "YouTube" videohostinqi məlumat yayıb.

"YouTube" təsdiqlənməmiş saytlara yerli qanunvericiliyi pozan və "YouTube", yaxud "Google" tərəfindən yoxlanılmamış saytları aid edir.

Dəyişikliklər martın 19-dan qüvvəyə minəcək.

Bundan başqa, qumar kontentlərinin olduğu saytlara çıxış üçün oriyentir ola biləcək təsvir, mətn, loqo və ya ifadələri ehtiva edən məzmun yerləşdirmək mümkün olmayacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.