0
Bazar
Yan 05

"WhatsApp"da yeni dələduzluq növü sürətlə yayılır: Necə qorunaq?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Kiberdələduzlar insanların "WhatsApp" hesablarını oğurlayır və yaxınlarına yazaraq pul istəyirlər.

King.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bununla bağlı çoxlu məlumatlar yayılmaqdadır.

İKT üzrə mütəxəssislər bildiriblər ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir.

Bu cür hallarla qarşılaşmamaq üçün "WhatsApp"da bəzi təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.

Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, "WhatsApp+" tətbiqini telefona endirib istifadə etmək olmaz. Çünki bu tətbiqdən istifadə kiberdələduzların hesabları daha rahat oğurlamasına gətirib çıxarır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.