Şənbə
Noy 29

Kim-kimə bacı deyirsə, arxadan quyusunu qazır' - Qumral

Sema

"Şou-biznesdə bacı, qardaş, dost yoxdur. Kim-kimə bacı deyirsə, arxadan quyusunu qazır".
King.Az xəbər verir ki, bunu müğənni Qumral deyib.
"Günə uğurla" verilişində qonaq olan sənətçi bildirib ki, heç kəsi ailəsinə yaxın buraxmır:
"Şou-biznesdə bacı, qardaş, dost yoxdur. Kim-kimə bacı deyirsə, arxadan quyusunu qazır. Bu aləmdə bacı var? Şou-biznesdə böyük qruplaşma var və mən onların heç birinin içində yoxam. Mən kiməsə dost desəm, səhvini görəndə dərindən qırılaram, ona görə yaxınıma buraxmıram. Paxıl insanlar çoxdur. Kim kiminlə yaxındırsa, əmin olun ki, onlar heç bir-birilərini istəmirlər. Nadir hallarda dostluqlar olur, o da bu dövrə aid deyil".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.