1
Cümə axşamı
İyl 17

Beyonsenin konsertində izdiham: Xəsarət alanlar var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur müğənni Beyonsenin konsertindən sonra ABŞ-nin Atlanta ştatının Vayn-Siti rayonundakı metro stansiyasında izdiham yaranıb.

King.Az-ın xəbərinə görə, bu barədə "Atlanta News First" telekanalı şəhər metropoliteninə istinadən məlumat verib.

Məlumata görə, izdiham nəticəsində 9 nəfər yaralanıb.

"Atlanta metropoliteninin məlumatına görə, sərnişinlərdən biri qışqırmağa və qaçmağa başlayıb ki, bu da eskalatorda basabas yaradıb. Eskalator sürəti artırıb və qəfil dayanıb", - deyə telekanal bildirib.

Hadisə şahidi olan qadının sözlərinə görə, insanlar təşvişə düşərək qaçmağa başlayıblar. Eskalator dayandığı anda bir neçə nəfər yıxılıb. Qadın əlavə edib ki, o özü də müvazinətini saxlaya bilməyib və üst-üstə yıxılan təxminən 20 nəfərlik qrupun içində düşüb.

Səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə çatdırılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.