"One Direction" qrupunun keçmiş üzvü Liam Peynin keçmiş sevgilisi Şeril Kol müğənninin 32,2 milyon dollar dəyərindəki mirasının rəsmi varisi olub.
King.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Liam vəsiyyət qoymadığı üçün Böyük Britaniyadakı əmlakının idarə edilməsi vəzifəsi Şeril Kola və hüquqşünas Riçard Mark Breyə həvalə edilib. Lakin hazırda onların vəsaitlərdən istifadə etməsi qadağandır, səlahiyyətləri məhduddur.
Xatırladaq ki, Liam Peyn 2024-cü ilin oktyabrında Argentinada hotelin üçüncü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib. Toksikoloji analiz nəticəsində onun orqanizmində spirt və qadağan olunmuş maddələr aşkar edilib.
Oxşar Mövzular

UEFA Çempionlar Liqası: "Barselona" və "Liverpul"dan inamlı qələbə
22-01-2026, 16:52Azərbaycan millisi Rusiya seçməsi ilə üz-üzə
28-11-2024, 14:34
