0
Bazar
Yan 05

Qida qəbulunun vaxtı ilə arıqlamaq arasında əlaqə açıqlandı

Beyaz_Gul
Xronopitaniya sahəsində (orqanizmimizin bioloji ritmlərini nəzərə alan qidalanma yanaşmasıdır - red.) son araşdırmalar göstərib ki, qida qəbulunun vaxtı sağlamlıq nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərir.

King.Az-ın verdiyi məlumata görə, bu barədə "Journal of the Academy of Nutrition and Dietetics" jurnalında dərc olunan məqalədə bildirilib.

Alimlər müəyyən ediblər ki, təkcə qidanın keyfiyyəti və miqdarı deyil, həm də onun qəbul edilmə vaxtı metabolizmdə, həmçinin orqanizmin rifahında əsas rol oynayır.

Araşdırmalar göstərir ki, müəyyən saatlarda müntəzəm qida qəbulu qida maddələrinin daha səmərəli mənimsənilməsinə və çəkiyə nəzarət etməyə kömək edir.

Bundan əlavə, düzgün olmayan qidalanma rejimi diabet və ürək-damar xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafı riski ilə əlaqəli ola bilər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.