2000-ci illərin əvvəlində bir neçə "Qremmi" mükafatına namizəd göstərilən məşhur repçi Mystikal (Mistikl, Maykl Lourens Tayler) 2022-ci ildə Luizianadakı öz evində bir qadına təcavüz etdiyinə görə 20 il həbsdə keçirəcək.
Bu barədə King.Az CNN-ə istinadən xəbər verir.
Məlumata görə, mart ayında repçi özünü üçüncü dərəcəli təcavüzdə təqsirli bilib və buna görə onu 20 ilə qədər həbs cəzası gözləyir ki, bu da müvafiq cinayət üçün maksimum cəza müddətindən 5 il azdır. Təqsirini etiraf etmə sazişi çərçivəsində ittiham avtomatik olaraq ömürlük həbs cəzası nəzərdə tutan birinci dərəcəli təcavüzdən üçüncü dərəcəli təcavüzə endirilib.
Hökmün çıxarılmasından bir neçə gün əvvəl o, hakimdən günahını etiraf etməsinin ləğv olunmasını istəyib və nəticələri tam şəkildə anlamaq üçün kifayət qədər imkana malik olmadığını bildirib.
Zərərçəkmiş qadın hökm çıxarılmamışdən əvvəl məhkəmədə çıxış edib və hakimdən Mystikala maksimum cəza verilməsini xahiş edib. Onun sözlərinə görə, repçi onu vurub, boğub, saçlarını dartıb və Preyrivilldəki evində təcavüz edib.