0
Şənbə
Yan 10

Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi

Sema

Məşhur ABŞ-li müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını açıqlayıb.

King.Az-ın xəbərinə görə, 44 yaşlı ulduz bununla bağlı "Instagram" hesabında açıqlama verib.

Spirsin sözlərinə görə, "son dərəcə həssas səbəblərdən" bir daha ABŞ-də çıxış etməyəcək.

Lakin ulduz nə vaxtsa Böyük Britaniya və Avstraliyada, bəlkə də, oğullarından biri ilə səhnə bölüşməsinə ümid edir.

Bundan əlavə, Britni Spirs əlavə edib ki, özünün ağ "Yamaha" royalını əsl musiqi istedadı adlandırdığı övladlarından birinə verməyi planlaşdırır. "Federline"dan olan aləti məhz hansı oğluna verəcəyini isə açıqlamayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.