Çərşənbə
Dek 24

Meraya Keri dünya ifaçıları arasında ilkə imza atdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Müğənni Meraya Keri "Billboard Hot 100" siyahısında 100 həftədən çox birinci yerdə qalan ilk sənətçi olub.

King.Az xəbər verir ki, bu barədə "Daily Afisha" məlumat yayıb. İfaçının "All I Want for Christmas Is You" mahnısı 78 həftə, "One Sweet Day" mahnısı 16 həftə, "We Belong Together" isə 14 həftə reytinqdə birinci yeri tutub.

Qeyd olunur ki, Meraya Keri yaxınlarda İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində də çıxış edəcək. Şou 6 fevralda Milandakı San Siro stadionunda baş tutacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.