0
Bazar
Yan 05

Mauro İkardi Vanda Naranı intim videolarını yaymaqla hədələyib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Məşhur argentinalı model və teleaparıcı Vanda Nara keçmiş əri, hazırda Türkiyənin "Qalatasaray" klubunun futbolçusu olan Mauro İkardiyə qarşı ittihamlar səsləndirib.

King.Az xəbər verir ki, Vanda canlı efirdə İkardinin onu intim videolar yaymaqla hədələdiyini bildirib. O, həmçinin, İkardini onu mediada rüsvay etmək üçün jurnalistlərə 20 min dollardan çox pul ödəməkdə ittiham edib:

"O məni intim videolarla hədələyir. Onda çoxlu video olmalıdır. Mauro mənimlə 12 il yaşayıb. Çarpayımı çəkən 60-dan çox kamerası var idi", - Nara deyib.

Vanda, həmçinin iddia edib ki, ayrılanda İkardi onun həyatını məhv edəcəyinə söz verib.

"Spartak"ın keçmiş hücumçusu Keyta Balde ilə münasibəti ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, Vanda bunu təsdiqləsə də, bunların İkardidən ayrıldığı dövrdə baş verdiyini bildirib:

"Onun bundan xəbəri var, mən ona dedim. Gizlədəcək heç nə yoxdur".

Keçmişdə Vanda "Barselona"nın sabiq futbolçusu Maksi Lopeslə ailəli olub və ondan üç oğlu dünyaya gəlib. Daha sonra iki qızı olan Mauro İkardi ilə ailə qurub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.