Çərşənbə axşamı
Dek 03

Burak Özçivit Rusiya serialında rol alıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Türkiyənin məşhur "Muhteşem Yüzyıl" serialının ulduzu Burak Özçivit Rusiyanın "Ya k tebe nadolqo" layihəsində baş rolu canlandırıb.

King.Az xəbər verir ki, bu barədə Kino-Teatr.Ru portalı məlumat yayıb.

Məlumata görə, "Ivy" striminq servisinin istehsal etdiyi serial romantik sketç-komediya janrında yayımlanacaq. Burak Özçiviti bu layihədə rusiyalı aktrisa Yuliya Kalaşnikova müşayiət edəcək. Süjetdə gözlənilmədən bir rus qadınını ziyarət edən məşhur türk aktyorunun hekayəsi təsvir olunur. Serialın altı seriyadan ibarət olacağı bildirilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.