Ramazan ayının 25-ci gününün İmsak, İftar vaxtları və Duaları
15.03.2026-cı il
İmsak vaxtı: 05:26
İftar vaxtı: 19:02
İyirmi beşinci günün imsak duası.
"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin!"
Tərcüməsi:
"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"
Allah orucunuzu qəbul eləsin!
Oxşar Mövzular
Azərbaycan gömrükçülərinin maaşları ilə bağlı Baş nazirdən QƏRAR
22-04-2025, 14:38AZAL-ın Ankaraya uçan təyyarəsində sərnişin öldü
6-03-2025, 05:15