Çərşənbə
Mar 12

İftar vaxtı – Ramazanın on üçüncü günü, 13 mart 2025-ci il

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Ramazanın on üçüncü günü – 13 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları:

✅İmsak (orucun başlanğıcı): 05:30
✅ İftar (orucun bitməsi): 19:00


-Bu günün duası:

"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil- məsakin."

-Tərcüməsi:

"İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı"

İftar duası

Bismillahir-Rəhmanir-Rəhim.
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu ya vasiəl-məğfirəti iğfirli”.


Tərcüməsi:

Bağışlayan və mehriban Allahın adı ilə.
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.