Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində İraq yığmasına qarşı keçirilən qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
King.Az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti yayıb.
ABŞ-nin Filadelfiya şəhərində baş tutan oyun fransızların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Meydanda əsl şou göstərən Mbappe dubl edərək, dünya çempionatları karyerasındakı 15-ci və 16-cı qollarına imza atıb.
Bu möhtəşəm nəticə ilə fransız forvard əfsanəvi braziliyalı Ronaldonu (15 qol) geridə qoyub və dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Kloze (16 qol) ilə ikinci pilləni bölüşüb. Mütləq rekord isə hazırda DÇ-2026-da iştirak edən argentinalı Lionel Messiyə (18 qol) məxsusdur.
Bununla yanaşı, "üçrənglilər"in heyətində 100-cü yubiley matçına çıxan Mbappe, milli komandadakı qollarının sayını 60-a çatdıraraq mütləq milli rekorda da sahib olub.
Oxşar Mövzular
Gündəlik Bürclər-(11.10.2024)
11-10-2024, 00:36
Rəhim Sadıxov Azərbaycan çempionatlarında yubiley qolunu vurub
26-01-2026, 14:53Lamin Yamal və Kənan Yıldız ilin ən yaxşıları oldular
28-11-2024, 00:53