Paraqvay millisinin futbolçusu Migel Almiron mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə meydandan qovulan ilk oyunçu kimi futbol tarixinə düşüb.
King.Az TASS-a istinadən xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə yığmasına qarşı keçirilən görüşün birinci hissəsinin sonlarında paraqvaylı İsidro Pittanın qazona yıxılmasından sonra komanda üzvləri arasında qarşıdurma yaranıb.
Məhz bu zaman Almiron ağzını əli ilə örtərək türkiyəli futbolçu Mert Müldürə nəsə deyib. Onun meydandan qovulması qərarı yalnız videoköməkçi hakimin (VAR) müdaxiləsindən sonra qəbul edilib.
Xatırladaq ki, dünya çempionatı başlamazdan əvvəl Beynəlxalq Futbol Federasiyası (FIFA) qaydalarda bir sıra ciddi dəyişikliklər edib. Yeni qaydalara əsasən, ağzını əli, çiyni və ya forması ilə örtən istənilən futbolçu birbaşa qırmızı vərəqə ala bilər. Bu cür hərəkətlər danışığın məzmununu telekameralardan gizlətmək cəhdi kimi qiymətləndirilir.
Qeyd edək ki, matç Paraqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətdən sonra Türkiyə millisi pley-off şanslarını itirib.
ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirdə tarix ərzində ilk dəfə olaraq 48 komanda iştirak edir.
Oxşar Mövzular

İran ABŞ-dən qoşunlarını Yaxın Şərqdən çıxarmağı tələb etdi
10-06-2026, 14:33
Ramazan ayının 26-cı gününün İmsak, İftar vaxtları və Duaları
15-03-2026, 22:30