Çərşənbə
İyn 17

"Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində İstanbul nəhəngi ilə qarşılaşa bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ağdamın "Qarabağ" klubunun UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsi üzrə ehtimal olunan rəqiblərinin siyahısı daralıb.

King.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Belə ki, Ağdam təmsilçisi ilk təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti turda "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qaliblərindən biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, sözügedən II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 23-ü və 30-da baş tutacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.