Futbol üzrə dünya çempionatının qrup matçları davam edir.
King.Az-ın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
Günün ilk maraqlı dueli H qrupunda yer alan İspaniya və Kabo-Verde yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. H qrupunda, həmçinin Səudiyyə Ərəbistanı millisi Uruqvayla gücünü sınayacaq ki, bu gərgin mübarizə də iyunun 16-ı gecə saat 02:00-da start götürəcək.
G qrupunda isə bu gün saat 23:00-da Belçika və Misir milliləri, iyunun 16-na keçən gecə saat 05:00-da isə İran və Yeni Zelandiya milliləri üz-üzə gələcəklər.
Dünya çempionatı
I tur
15 iyun
H qrupu
20:00. İspaniya - Kabo-Verde
16 iyun
02:00. Səudiyyə Ərəbistanı - Uruqvay
15 iyun
G qrupu
23:00. Belçika - Misir
16 iyun
05:00. İran - Yeni Zelandiya.
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Oxşar Mövzular
