Cümə
İyn 12

Braziliyanın əfsanəvi dünya çempionu vəfat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliya milli komandasının heyətində 1970-ci ildə dünya çempionluğu sevincini yaşayan sabiq mərkəz müdafiəçisi Brito 86 yaşında dünyasını dəyişib.

King.Az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, əfsanəvi futbolçu sətəlcəm xəstəliyinin yaratdığı fəsadlar səbəbindən bir həftə xəstəxanada müalicədən sonra dünyasını dəyişib.

Yığmada ilk addımlarını 1964-cü ildə atan müdafiəçi cəmi iki il sonra dünya çempionatında Portuqaliya ilə matçda yaşıl meydanda mübarizə aparıb. Onun əsl ulduzunun parladığı turnir isə 1970-ci ildə Meksikada keçirilən mundial olub.

Bununla da o, Mario Zaqallonun rəhbərlik etdiyi unudulmaz heyətdən dünyasını dəyişən yeddinci futbolçu kimi tarixə düşüb. Xatırladaq ki, həmin çempion komandadan daha əvvəl Everaldo (1974), Fontana (1980), Feliks (2012), Joel Kamarqo (2014), Karlos Alberto (2016) və Pele (2022) vəfat ediblər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.