Cümə axşamı
İyn 11

"Qarabağ"dan gedəcəyi deyilən Pedro Bikalyo QƏRARINI VERDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qarabağ" futbolçusu Pedro Bikalyo ilə müqaviləni uzadıb.

King.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik müqavilə imzalanıb.

Razılaşmaya əsasən, 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin formasını geyinəcək.

2025-ci ildən "Qarabağ"da çıxış edən Pedro Bikalyo bu müddətdə 51 oyunda meydana çıxıb və bir qol vurub.

Qeyd edək ki, qışdan P.Bikalyonun "Qarabağ"dan ayrılacağı ilə bağlı iddialar səngimək bilmirdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.