Cümə
May 29

Karlo Ançelottinin oğlu Fransa klubunun baş məşqçisi olacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransa Liqa 1 klubuna başçılıq edəcək.

King.Az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, "Lill" italyan mütəxəssislə müqavilə barədə razılığa gəlib.

Kiçik Ançelotti Klubda müqaviləsini yeniləmək istəməyən fransalı Bruno Jenezionu əvəz edəcək.

Daha əvvəl Davide Ançelotti PSJ, "Bavariya", "Napoli", "Everton", "Real Madrid" və Braziliya millisində məşqçi assistenti kimi çalışıb.

İtaliyalının karyerasındakı yeganə baş məşqçilik təcrübəsi isə 2025-ci ilin iyulundan dekabrına qədər rəhbərlik etdiyi Braziliyanın "Botafoqo" klubunda olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.