Cümə
May 29

Renat Dadaşov Polşa klubundan ayrılır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubundan ayrılır.

King.Az bu barədə Lublin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, 27 yaşlı futbolçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

"Renat, "Motor Lublin"də oynadığınız üçün təşəkkür edirik və gələcək karyeranızda sizə uğurlar arzulayırıq!" - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2025-ci ilin iyulunda "Motor" klubuna qoşulan Dadaşov komandanın heyətində 22 oyun keçirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.