Almaniyalı futbolçu Lukas Podolski peşəkar karyerasını başa vuracağını açıqlayıb.
King.Az xəbər verir ki, bu barədə Polşanın "Qurnik" klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, mayın 23-də "Radomyak"a qarşı keçiriləcək oyun Podolskinin karyerasında son görüş olacaq.
40 yaşlı Podolski 2021-ci ildən "Qurnik"də çıxış edir. O, karyerası ərzində "Bavariya", "Arsenal", "İnter", "Qalatasaray", "Antalyaspor" və "Vissel Kobe" kimi klublarda oynayıb.
Almaniya milli futbol komandası ilə 2014-cü ildə dünya çempionu olan Podolski, həmçinin 2006 və 2010-cu il dünya çempionatlarında bürünc medal qazanıb.
Oxşar Mövzular

Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi
30-03-2026, 17:09"Twilight" ulduzu 900 britaniyalının kredit borcunu ödəyib
11-03-2025, 12:15