Bazar ertəsi
May 11

"Barselona" "Real Madrid"i məğlub edərək İspaniya çempionu oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İspaniya La Liqasının 35-ci turunda "Barselona" doğma meydanda "Real Madrid"i 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl ölkə çempionu titulunu qazanıb.

King.Az xəbər verir ki, "Spotify Kamp Nou" stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Markus Reşford açıb.

18-ci dəqiqədə Ferran Torres Kataloniya klubunun üstünlüyünü artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra "Barselona" xallarının sayını 91-ə çatdıraraq sona üç tur qalmış çempionluğu rəsmiləşdirib.

77 xalı olan "Real Madrid" ikinci pillədə qərarlaşıb.

"Barselona" tarixində 29-cu dəfə İspaniya çempionu olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.