"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Tçuameni ilə aralarında baş verən dava barədə yayılan xəbərlərə aydınlıq gətirib.
King.Az xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında hadisədən peşman olduğunu bildirib:
"Məşqdə yaşanan insident yorğunluq və mövsümün uğursuz keçməsinin yaratdığı gərginlikdən qaynaqlanıb. Belə hallar adətən komanda daxilində həll olunur, lakin kimlərsə şayiə yayaraq vəziyyəti şişirdir. Bu mübahisə mənim imicimə zərər verir. Yaşananlara görə ürəkdən peşmanam. Hazırda zədə səbəbindən növbəti matçda iştirak edə bilməməyim mənə hər kəsdən çox əzab verir. Klubun verəcəyi hər bir qərarla razıyam".