UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Londonun "Arsenal" klubu Madridin "Atletiko" komandasını qəbul edib.
King.Az xəbər verir ki, "Emireyts" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 45-ci dəqiqədə Bukayo Saka vurub.
İlk görüş 1:1 hesabı ilə yekunlaşdığı üçün iki oyunun nəticəsinə əsasən "Arsenal" 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, 1/4 finalda "Atletiko" "Barselona"nı, "Arsenal" isə "Sportinq"i mübarizədən kənarlaşdırmışdı.
Oxşar Mövzular

"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərarını verdi
5-05-2026, 13:16