Çərşənbə axşamı
May 05

"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərarını verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Yunayted" klubu hazırda komandanı müvəqqəti çalışdıran baş məşqçi Maykl Kerrikin gələcək taleyinə aydınlıq gətirib.

King.Az xarici mediaya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" komandanın sükanı arxasında olan mütəxəssislə əməkdaşlığı davam etdirmək və yeni müqavilə bağlamaq niyyətindədirlər.

Komandanın növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqəni təmin etməsi bu qərarda həlledici rol oynayıb. Belə ki, uğurlu nəticənin ardınca klub rəhbərliyi 44 yaşlı mütəxəssisə artıq daimi əsaslı müqavilə təklif etməyi planlaşdırır.

Xatırladaq ki, Maykl Kerrik 2026-cı ilin əvvəlindən etibarən "Mançester Yunayted"in baş məşqçisi postunu icra edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.