Çərşənbə axşamı
May 05

"Qarabağ" "Pafos"un qolkiperi üçün rəsmi təklif yollayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qarabağ" Kiprin "Pafos" klubunun qolkiperi Cey Qorterin transferində maraqlıdır.

King.Az "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, Cey Qorter tezliklə "Pafos"u tərk edə bilər.

25 yaşlı qapıçı ötən yay "Ayaks"dan Kipr klubuna transfer olunmuşdu. İndi isə onun "Pafos"la yollarını ayıracağı ehtimal edilir. Qapıçıya həm Azərbaycandan, həm də Niderland çempionatından ciddi maraq var.

Mənbənin məlumatına görə, "Qarabağ" "Pafos"un qapıçısı üçün artıq rəsmi təklif yollayıb. Lakin Qorter bu transferə o qədər də isti yanaşmır.

Qorter yaydan bəri bu mövsüm Çempionlar Liqasında da mübarizə aparan "Pafos"un şərəfini qoruyur. Sabiq "Ayaks"lı Kiprdə əsas heyətdə özünə yer etməyi bacarıb. Buna baxmayaraq, ayrılıq qaçılmaz görünür.

"Klub ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi üçün qapıçının gedişi ən məntiqi həll yolu kimi qiymətləndirilir", - deyə nəşr qeyd edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.