Bazar ertəsi
Apr 13

Mundialda İrana əvəzləyici axtarılır: Avropa və Asiya komandaları üz-üzə gələcəklər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İran yığmasının 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakdan imtina edəcəyi təqdirdə, Beynəlxalq Futbol Federasiyası (FIFA) qitələrarası pley-off matçlarının təşkili variantı üzərində işləyir.

King.Az "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi İranın dünya birinciliyinə yollanmasına mane ola bilər.

Bu ssenari reallaşarsa, təsnifat mərhələsini keçə bilməyən komandalar üçün turnirə qatılmaq şansı yaranacaq. Potensial pley-off qarşılaşmalarında Asiya Futbol Konfederasiyası (AFK) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) təmsil edən hər qitədən iki yığmanın iştirak edəcəyi gözlənilir.

Beləliklə, təsnifat mərhələsinin həlledici matçında Bosniya və Herseqovina komandasına məğlub olan İtaliya yığması dünya çempionatına vəsiqə uğrunda mübarizə aparmaq üçün daha bir qiymətli fürsət əldə edə bilər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.