Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxmağa hazırlaşır.
King.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda mübarizə aparan U-19 yığmamız bu gün Şimali İrlandiya seçməsi ilə qüvvəsini sınayacaq.
Bu qarşılaşma Litvanın Kaunas şəhərində yerləşən "Raudondvario" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Xatırladaq ki, baş məşqçi İlham Yadullayevin rəhbərlik etdiyi Azərbaycan millisi turnirdəki ilk görüşündə meydan sahibi Litva yığmasına 0:4 hesabı ilə məğlub olmuşdu.