Cümə axşamı
Mar 26

Enzo Fernandes üçün transfer savaşı: "Əl-İttihad" PSJ və "Real Madrid"ə qarşı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" transfer bazarında daha bir səs-küylü keçidə hazırlaşır. Klub "Çelsi"nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes üçün rəsmi təklif göndərməyi planlaşdırır.

King.Az xəbər verir ki, Fernandesin özü Yaxın Şərqə köçmək ehtimalına hələlik ehtiyatla yanaşır, lakin "Əl-İttihad"ın təklif edəcəyi böyük maliyyə şərtləri bu fikri dəyişə bilər.

Digər tərəfdən, ulduz futbolçu Avropa nəhənglərinin də diqqət mərkəzindədir. Xüsusilə Fransa PSJ-si və İspaniyanın "Real Madrid" klubu oyunçunu yaxından izləyərək transfer yarışında əsas namizədlər kimi çıxış edirlər.

Bütün bunlara baxmayaraq, "Çelsi" rəhbərliyi argentinalı istedadı heyətdə saxlamaqda qərarlıdır və ona daha sərfəli şərtləri özündə ehtiva edən yeni müqavilə təklif edir.

Xatırladaq ki, cari mövsümdə London klubunun forması ilə 46 matçda iştirak edən yarımmüdafiəçi 12 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı oyunçunun klubla mövcud sözləşməsi 2032-ci ildə başa çatır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.