Cümə
Fev 27

UEFA Konfrans Liqasının pley-off mərhələsinə yekun vuruldu - NƏTİCƏLƏR

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Konfrans Liqasının pley-off mərhələsinə yekun vurulub.

King.Az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşləri çərçivəsində səkkiz oyun baş tutub.

Gecənin diqqətçəkən görüşü "Kristal Pelas" (İngiltərə) və "Zrinski" (Bosniya və Herseqovina) komandaları arasında baş tutub. Matç ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda tərəflər arasında heç-heçə (1:1) qeydə alındığına görə, "Kristal Pelas " iki görüşün yekununda (3:1) adını 1/8 final mərhələsinə yazdırıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

"Selye" (Sloveniya) - "Drita" (Kosovo) - 3:2 (ilk oyun 3:2);

"Riyeka" (Xorvatiya) - "Omoniya" (Kipr) - 3:1 (1:0).

"Fiorentina" (İtaliya) - "Yagelloniya" (Polşa) - 2:4 (əlavə vaxtda) (3:0);

"Samsunspor" (Türkiyə) - "Şkendiya" (Şimali Makedoniya) - 4:0 (1:0).

"AZ Alkmaar" (Niderland) - "Noa" (Ermənistan) - 4:0 (0:1);

"Lozanna" (İsveçrə) - "Siqma Olomouts" (Çexiya) - 1:2 (1:1);

"Lex" (Polşa) - "KuPS" (Finlandiya) - 1:0 (2:0).

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.