Çərşənbə axşamı
Fev 24

Türkiyədə futbolçunun topla vurduğu qağayı xilas edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İstanbulun həvəskar liqasında çıxış edən futbolçu meydanda topun dəyməsi nəticəsində yerə düşən qağayıya ürək masajı edərək onu həyata qaytarıb.

King.Az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, insident birinci həvəskar liqanın final oyununda, qarşılaşmanın 22-ci dəqiqəsində baş verib.

İstanbul komandasının qapıçısı Muhammet Uyanıkın qapıdan uzaqlaşdırmağa çalışdığı top meydan üzərindən uçan quşa dəyib.

Qağayıya ilk yardımı klubun kapitanı Qani Çatan göstərib və ona süni ürək masajı edib. Daha sonra quş baytarlara təhvil verilib.

Sonradan məlum olub ki, qağayı sağ qalıb, lakin qanadlarının ağır zədələnməsi səbəbindən uçmaq qabiliyyətini itirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.