UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.
King.Az xəbər verir ki, bu mərhələnin ilk səkkiz oyunu keçirilib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmalardan biri "Seltik" (Şotlandiya) və "Ştutqart" (Almaniya) klubları arasında baş tutub. Almanlar səfərdən sərfəli nəticə ilə qayıdırlar - 1:4.
Fransada isə "Lill" Serbiya təmsilçisi "Srvena Zvezda"nı sınağa çəkib. Matç qonaqların sürpriz qələbəsi ilə yekunlaşıb - 0:1.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Brann" (Norveç) - "Bolonya" (İtaliya) - 0:1;
"Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika) - 1:3;
PAOK (Yunanıstan) - "Selta Viqo" (İspaniya) - 1:2;
"Fənərbağça" (Türkiyə) - "Nottingem Forest" (İngiltərə) - 0:3;
"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 2:1;
"Panatinaikos" (Yunanıstan) - "Viktoriya Plzen" (Çexiya) - 2:2.
Oxşar Mövzular
8k Wallpaper for Girls - Qızlar üçün 8k Divar Kağızı
13-01-2025, 15:52"Qarabağ" - "Ayaks" görüşü təxirə salınacaq?
22-10-2024, 15:41Polşa Rusiyanı ticarət mərkəzini yandırmaqda ittiham edir
12-05-2025, 11:07