"Arsenal" futbol klubunun yetirməsi və İngiltərə millisinin vingeri Bukayo Saka London klubu ilə müqaviləsinin müddətini uzadıb.
King.Az xəbər verir ki, bu barədə "Arsenal"ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı ingilisin "topçular"la yeni razılaşması uzunmüddətlidir. Mətbuatın məlumatına görə, Saka 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, cari mövsümdə Saka "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 34 matçda səkkiz qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar Mövzular
"Real Madrid" braziliyalı ulduzuna yeni müqavilə təklif etdi
12-05-2025, 13:55
Məğlub olan "Mançester Siti"dən azarkeşlərinə qarşı maraqlı jest
22-01-2026, 16:58