UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha dörd qarşılaşma keçirilib.
King.Az xəbər verir ki, turnirin ötən mövsüm finalçısı olan "İnter" səfərdə "Budyo Qlimt" ilə qarşılaşıb.
Norveç təmsilçisi sürpriz nəticəyə imza ataraq görüşdən qalib ayrılıb - 3:1.
Gərgin mübarizə şəraitindən keçən "Brügge" - "Atletiko Madrid" matçında altı qol vurulub. Qol yağışında komandalar hərəyə üç dəfə fərqləniblər - 3:3.
Gecənin səfər qələbəsini "Bayer Leverkuzen" qazanıb. Almaniya təmsilçisi Yunanıstanda "Olimpiakos"a heç bir şans verməyib - 0:2.
Qeyd edək ki, pley-off mərhələsinin daha əvvəl keçirilmiş görüşündə "Qarabağ" - "Nyukasl" matçı 1:6 hesabı ilə tamamlanıb.
Oxşar Mövzular

Biləsuvarda iki uşaq anasının meyiti tapıldı
7-04-2026, 13:05