Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı yalnız mükəmməl fiziki formada olacağı təqdirdə komandaya cəlb etməyi planlaşdırır.
King.Az xəbər verir ki, bu barədə "UOL" nəşri Braziliya Futbol Federasiyasındakı mənbələrə əsasən məlumat yayıb.
Bildirilib ki, təcrübəli mütəxəssis əsas diqqətini futbolçunun cari fiziki göstəricilərinə və yüksəksəviyyəli oyunlara hazırlığına yönəltmək fikrindədir. Bununla belə, mənbələrin iddiasına görə, Ançelotti oyunçuya qarşı xüsusi rəğbət bəsləmir, bu səbəbdən də dəvət qərarı sırf idman prinsiplərinə əsaslanacaq.
Xatırladaq ki, Braziliya yığması bu yay baş tutacaq Dünya Çempionatında mübarizə aparacaq. Neymar isə bu yaxınlarda, 2026-cı ildə aldığı zədədən sonra ilk dəfə "Santos" forması ilə meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar Mövzular
