"Los-Anceles Leykers" komandasının əsas oyunçusu 41 yaşlı Lebron Ceyms NBA tarixində tripl-dabl (üç əsas statistik göstəricidə ikirəqəmli nəticə) edən ən yaşlı basketbolçu olub.
King.Az "Championat"a istinadən xəbər verir ki, təcrübəli basketbolçu bu rekorda müntəzəm çempionatın "Dallas Maveriks" ilə matçında imza atıb.
Görüş "Los-Anceles Leykers"in 124:104 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində 35 dəqiqədə meydanda olan L.Ceyms 28 xal toplayıb. 10 ribaund və 12 assistlə yadda qalan basketbolçu Karl Melouna (40 yaş) məxsus olan rekordu yeniləyərək adını tarixə yazdırıb.
Oxşar Mövzular
Bang Bang remix - Seth Wilder (ft. Daniela Andrade)
15-12-2024, 20:00