Bazar
Fev 08

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycan cüdoçusu Zelim Tçkayev Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

King.Az xəbər verir ki, idmançı yarımfinalda qazaxıstanlı Abilayxan Jubanazarı qızıl xalla məğlub edib.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) turnirin qızıl mükafatını qazanıb. Ruslan Paşayev (66 kq) isə bürünc medalla kifayətlənib.

"Böyük Dəbilqə" turniri fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.