Bazar ertəsi
Fev 02

"Çelsi" icarədə olan futbolçusunu komandaya qaytardı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Çelsi" klubu "Strasburq" klubunda icarədə olan müdafiəçisi Mamadu Sarrı komandaya geri qaytarıb.

King.Az xəbər verir ki, bu barədə insayder Fabristiso Romano məlumat yayıb.

"Çelsi" 20 yaşlı futbolçusunu gələcək layihələri üçün böyük potensial olaraq görür. Sarrın əvəzində isə komanda yayda heyətinə qatdığı Aaron Anselminonu "Strasburq"a yollayıb.

Qeyd edək ki, Sarr bu mövsüm Liqa 1-də 18 oyunda iştirak edib. Müdafiəçi həmçinin, Seneqal millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.