Cümə axşamı
Yan 29

"Mançester Siti" ötən il transfer xərclərinin həcminə görə lider olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

FIFA 2025-ci ildə transferlər üçün ən böyük büdcə ayıran klubların siyahısını dərc edib.

King.Az FIFA-nın hesabatına istinadən xəbər verir ki, xərclərin həcminə görə "Mançester Siti" siyahıya liderlik edir.

İkinci pillədə "Liverpul", üçüncü pillədə isə "Çelsi" qərarlaşıb. FIFA konkret xərc məbləğlərini açıqlamayıb.

Transfer xərclərinə görə ən yaxşı 20 klubun siyahısı aşağıdakı kimidir:

1. "Mançester Siti" (İngiltərə);

2. "Liverpul" (İngiltərə);

3. "Çelsi" (İngiltərə);

4. "Bayer Leverkuzen" (Almaniya);

5. "Leypziq" (Almaniya);

6. "Sanderlend" (İngiltərə);

7. "Vulverhempton" (İngiltərə);

8. "Tottenhem" (İngiltərə);

9. "Arsenal" (İngiltərə);

10. "Nottingem Forest" (İngiltərə);

11. "Komo" (İtaliya);

12. "Milan" (İtaliya);

13. "Real Madrid" (İspaniya);

14. "Strasburq" (Fransa);

15. "Mançester Yunayted" (İngiltərə);

16. "Fənərbağça" (Türkiyə);

17. "Qalatasaray" (Türkiyə);

18. "Bornmut" (İngiltərə);

19. "Nyukasl" (İngiltərə);

20. "Marsel" (Fransa).

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.