Şənbə
Yan 24

2026-cı il Olimpiadasının məşəlini "İnter"in məşqçisi Kristian Kivu daşıyacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Milan "İnter"inin məşqçisi Kristian Kivu 2026-cı il Qış Olimpiya Oyunlarının məşəlini daşıyacaq.

King.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin "X" sosial şəbəkə hesabında bildirilib.

"Neradzurri"nin məşqçisi rəsmən 2026-cı ildə Milanda və Kortinada keçiriləcək Olimpiadanın məşəlçisi olacaq", - xəbərdə deyilir.

Rumıniyalı mütəxəssis ötən yay "İnter"in baş məşqçisi təyin edilib. İtaliya çempionatının 21 turundan sonra "İnter"in 49 xalı var və hazırda birinci yerdədir. 45 yaşlı məşqçinin Milan klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.