Cümə axşamı
Yan 22

Məğlub olan "Mançester Siti"dən azarkeşlərinə qarşı maraqlı jest

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərənin "Mançester Siti" klubunun futbolçuları Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirilən oyunda məğlub olduqlarına görə matça bilet alan azarkeşlərə kompensasiya ödəyəcəklər.

King.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Norveçdə keçirilən UEFA Çempionlar Liqası oyunu üçün biletlərin qiyməti 25 funt sterlinq olub.

Nəticədə "Mançester Siti"nin futbolçuları azarkeşlərə ümumilikdə 9 357 funt sterlinq məbləğində kompensasiya ödəyəcəklər.

Xatırladaq ki, yanvarın 20-də baş tutan qarşılaşmada "şəhərlilər" 1:3 hesabı ilə məğlub olublar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.