Bazar ertəsi
Yan 19

Manuel Noyerin "Bavariya"dakı gələcəyi ilə bağlı açıqlama verilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Bavariya" futbol klubunun qapıçısı Manuel Noyerin vəziyyəti ilə bağlı açıqlama verilib.

King.Az xarici mediaya istinadən xəbər verir ki, klubun idman direktoru Maks Eberl Noyerin klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, mövsüm sonunda Noyerlə danışılacaq və onun gələcəyinə aydınlıq gətiriləcək:

"Noyerlə bağlı vəziyyət hələlik sakitdir. O, 40 yaşında olmasına baxmayaraq, inanılmaz dərəcədə yaxşı oynayır. Aprel və ya may aylarında onun klubla müqaviləsinə yenidən nəzər salacağıq".

Qeyd edək ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində 23 oyuna çıxıb və altı dəfə qapısını toxunulmaz saxlayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.