"Qalatasaray" "Napoli"nin cinah hücumçusu Noa Lanqın transferi üçün hərəkətə keçib.
King.Az "Sabah" nəşrinə istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 26 yaşlı futbolçunu satınalma maddəsi ilə icarə əsasında heyətinə qatmağı planlayır.
"Napoli" futbolçusunun UEFA Çempionlar Liqasındakı "Kopenhagen"ə qarşı oyunundan sonra transferinə icazə verəcəyini bildirib. "Qalatasaray" tərəfi oyunçunun transferini dördüncü günə qədər tamamlamağı planlayır.
Qeyd edək ki, Niderlandın "Feyenoord" gənclər akademiyasının yetirməsi olan Noa Lanq daha sonra "Ayaks", "Tvente", "Brügge" və PSV klublarında oynayıb. Ötən mövsüm yay transfer pəncərəsində PSV-dən "Napoli"yə transfer olunub. Bu mövsüm "Napoli"nin heyətində 26 oyuna çıxan Lanq bir qol, iki assistlə yadda qalıb.
Oxşar Mövzular
Çempionlar Liqasının oyunu ləğv edilib
1-10-2024, 23:31Arda Güler qol vurdu, "Real Madrid" qalib gəldi
8-12-2024, 12:56Vətən müharibəsinin 21-ci günü - Füzuli şəhəri işğaldan azad edilir
17-10-2024, 09:00