Şənbə
Yan 17

Azərbaycanın U-21 millisi bu gün "Şamaxı" ilə qarşılaşacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Futbol üzrə Azərbaycanın U-21 millisi bu gün yoxlama oyununda Misli Premyer Liqası təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq.

King.Az xəbər verir ki, "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, U-21 ötən gün yoxlama oyununda I Liqa klubu "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. "Şamaxı" isə daha əvvəl "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.