İngiltərənin "Çelsi" klubu İtaliyanın "Milan" komandasının futbolçusu Rafael Leanı transfer etmək istəyir.
King.Az xarici mediaya istinadən xəbər verir ki, ingilislər 26 yaşlı cinah hücumçusunu qış transfer dönəmində heyətinə cəlb etmək üçün 75 milyon avro ödəməyə hazırdır.
Tərəflərin yaxın müddətdə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Rafael Lean cari mövsümdə meydanda olduğu 13 matçda yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.