İtaliya A Seriyasının 18-ci turunda "Atalanta" "Roma"nı qəbul edib.
King.Az xəbər verir ki, oyunda Berqamo təmsilçisi minimal hesabla qalib gəlib.
Corcio Skalvini matçın 12-ci dəqiqəsində oyundakı yeganə qolu vuraraq meydan sahiblərinin qələbəsini təmin edib.
Bu oyundan sonra "Atalanta" 25 xalla İtaliya yüksək liqasında səkkizinci, Roma isə 33 xalla beşinci yerdədir.
Oxşar Mövzular

