"Sabah" "Rubin"dən icarəyə götürdüyü Umarali Rahmonaliyevlə bağlı qərarını verib.
King.Az Rusiya mediasına istinadən xəbər verir ki, Azərbaycan klubu özbəkistanlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.
22 yaşlı yarımmüdafiəçi hazırda icarə əsasında Bakı klubunda çıxış edir. U.Rahmonaliyev "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" Rahmonaliyevi 800 min avro dəyərində qiymətləndirir.
Oxşar Mövzular

Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI
19-04-2026, 15:26"Twilight" ulduzu 900 britaniyalının kredit borcunu ödəyib
11-03-2025, 12:15